Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda tətbiq olunacaq məhdudiyyətlər açıqlanıb

Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda tətbiq olunacaq məhdudiyyətlər açıqlanıb
  • Clock-gray 16:20
  • calendar-gray 03 Avqust 2020

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

-həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

 -nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;

 -ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

 -muzey və sərgi zallarının fəaliyyəti;

 -bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

 -açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.

 

apa-logo-mini

Digər xəbərlər