Statistika Komitəsi 2020-ci ilin ilkin statistik məlumatlarını fevralın 5-dək təqdim edəcək

Statistika Komitəsi 2020-ci ilin ilkin statistik məlumatlarını fevralın 5-dək təqdim edəcək
# 30 yanvar 2021 11:22 (UTC +04:00)

Azərbaycanda növbəti büdcə ili (2022-ci il) və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Statistika Komitəsinə növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilməsi tapşırığını verib.

Həmçinin, Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2020-ci ilin ilkin statistik məlumatlarını 2021-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR