Subbakalavrların ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb

Subbakalavrların ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb
  • Clock-gray 01:48
  • calendar-gray 11 İyul 2020

Subbakalavrların ali məktəblərə elektron ərizə qəbulunun müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, iyunun 1-dən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu iyulun 10-u başa çatmalı idi, ancaq ərizə qəbulu iyulun 14-ü saat 23:59-dək uzadılıb. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, elektron ərizələr verən subbakalavrların sayı 18527-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 17019-dur.

Günay Elşadqızı

Digər xəbərlər