Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək

Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək
# 23 aprel 2021 13:05 (UTC +04:00)

Kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni - 411-2 maddəsi əlavə edilib.

Layihəyə əsasən, fermer tərəfindən “elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunması nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR