Sumqayıt əhalisinin sayı artıb

Sumqayıt əhalisinin sayı artıb
# 08 avqust 2020 09:42 (UTC +04:00)

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Bu barədə APA-nın yerli bürosuna Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən məlumat verilib.

2020-ci ilin iyul ayının 1-nə olan statistikaya görə, Sumqayıt şəhər əhalisi 345,9 min nəfər olub.

Bu göstəricilərə əsasən Sumqayıt şəhərində 308,6 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində 23,6 min nəfər, Corat qəsəbəsində isə 13,7 min nəfər əhali yaşayır.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 000 nəfər və ya 0,6 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR