Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini koronavirusdan vəfat edib

Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini koronavirusdan vəfat edib
# 29 dekabr 2020 13:59 (UTC +04:00)

Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, Musa Həsənov bir müddət əvvəl koronavirusa yoluxub və aparılan müalicə tədbirlərinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, M. Həsənov uzun illər Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi işləyib. 2015-ci ildən Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini kimi fəaliyyət göstərib. 2019-cu il dekabrın 23-də keçirilən növbəti bələdiyyə seçkilərinin qalibi olub və 2020-ci il yanvarın 14-də təkrarən Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR