Sumqayıt və Göyçayda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlanıb

Sumqayıt və Göyçayda yaşayış yerini tərk edən COVID-19 xəstələri aşkarlanıb
# 09 dekabr 2020 10:17 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, COVİD-19 xəstəsi Tamilla Abdullayeva infeksiya daşıyıcısı olduğu üçün ev şəraitində müalicə alsa da o, digərlərinin də sağlamlığına real təhlükə yaradaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən T.Abdullayevanın olduğu yer müəyyən olunaraq saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Həmin şəxs barəsində Göyçay RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə Heydər Əliyev adına parkda yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

APA-nın yerli bürosunun məlumatına görə, məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 44-cü məhəllə sakini Nəsibə Surxay qızı Xəlilovadır. O, itini parkda gəzdirmək üçün çölə çıxdığını deyib.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən əraziyə briqada dəvət olunub və həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR