Sumqayıtda 34 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 20 nəfər isə əzilib

Sumqayıtda 34 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 20 nəfər isə əzilib
  • Clock-gray 14:55
  • calendar-gray 25 Fevral 2021

“Sumqayıtda qarlı hava ilə əlaqədar dünəndən 34 nəfər yıxılaraq sınıq xəsarəti alıb”.

Bunu APA-ya Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova deyib. O bildirib ki, 20 nəfər isə əzilib:

“Sınıq xəsarəti alanlardan 21-i kişi, 13-ü qadındır. Əzilənlərdən isə 15-i kişi, 5-i qadındır. Hamısına ambulator yardım göstərilib, evə buraxılıb”.

Əsmər Qabil

Digər xəbərlər