Sumqayıtda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib - FOTO

Sumqayıtda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib - FOTO
# 17 fevral 2021 12:19 (UTC +04:00)

Sumqayıt şəhərində Vətən müharibəsi şəhidi mayor Ramil Ağayevin xatirəsi əbədiləşdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhidin yaşadığı binanın qarşısında onun adı verilmiş bulaq istifadəyə verilib.

Bu gün həmin bulağın açılışı olub. Açılış mərasimində çıxış edənlər şəhid Ramil Ağayevin şücaəti və keçdiyi döyüş yolundan danışıblar.

Bildirilib ki, o, Cəbrayıl rayonunun alınmasında fəal iştirak edib, döyüşlərdə düşmənə məxsus 12 tankı və digər texnikaları ələ keçirib. Füzuli istiqamətində gedən döyüşlərdə isə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə yüksəlib.

O, ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, mayor Ramil Ağayev öz vəsiyyəti ilə doğulub boya-başa çatdığı Lerik rayonunda dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR