Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO

Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO
# 23 fevral 2021 10:45 (UTC +04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası təşkil olunub.

APA-nın yeli bürosunun məlumatına görə, aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Sumqayıt şəhərinin müxtəlif küçə və prospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib.

Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və şəhərdə məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.

Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR