Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunub

Sumqayıtda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə olunub
# 24 noyabr 2020 15:57 (UTC +04:00)

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzildə 1 ədəd dolab və geyim əşyaları 4 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR