Sürücülər üçün sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır

Sürücülər üçün sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır
# 22 yanvar 2021 10:30 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsinə dəyşiklik edilir.

APA-nın məlumatına görə, qanun layihəsinə təklif edilən dəyişikliklər aşağıdakılardır:

- Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə də bu Məcəllənin 16-cı fəsli ilə müəyyən edilən qaydalara uyğun baxılması təklif edilir və Məcəllədəki müvafiq normalar buna uyğunlaşdırılır.

- Sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

- Avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçün qanuna dəyişiklik edilir. Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR