Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən 60 yeni psixotrop maddə müəyyənləşdirilir

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən 60 yeni psixotrop maddə müəyyənləşdirilir
# 15 yanvar 2021 12:42 (UTC +04:00)

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin siyahısı genişləndirilir.

APA-nın məlumatına görə, bununla bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya 60 yeni psixotrop maddə əlavə olunur və beləliklə, həmin psixotrop maddələrin sayı 176-ə çatdırılır.

Siyahıda müvafiq ardıcıllıqla psixotrop maddələrin adı, şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri və külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri müvafiq sütunlarda əksini tapıb:

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR