TƏBİB: Avqusta qədər Azərbaycana COVID əleyhinə 16 milyon doza vaksin gətirilməsi gözlənilir

TƏBİB: Avqusta qədər Azərbaycana COVID əleyhinə 16 milyon doza vaksin gətirilməsi gözlənilir
# 01 aprel 2021 18:53 (UTC +04:00)

"İndiyədək Azərbaycana COVID-19 əleyhinə 1 milyon 447 min 720 doza vaksin gətirilib".

Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, aprel ayında ölkəyə daha 1 milyon 247 min doza vaksinin gətirilməsi gözlənilir: “Avqust ayına qədər isə 16 milyon 150 min doza vaksinin gətirilməsi gözlənilir. Bu o deməkdir ki, 18 yaşdan yuxarı şəxsləri vaksinlə təmin edə bilərik".

Y. Qarayevanın sözlərinə görə, vaksinlərin gətirilməsi Azərbaycandan asılı məsələ deyil: "Vaksinlər normal şəkildə gəlir. Bu gün Çindən 500 min doza vaksin almışıq. Ölkəmiz bütün istiqamətlərdə danışıqlar aparıb. GAVİ-dən “Pfizer”, “AstraZeneca” vaksinləri, Rusiyadan “Sputnik V” vaksinləri gətiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR