TƏBİB: Azərbaycan koronavirusa qarşı vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən biri olacaq

TƏBİB: Azərbaycan koronavirusa qarşı vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən biri olacaq
# 15 dekabr 2020 17:11 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizə çərçivəsində nümunəvi ölkələr siyahısına daxil etmişdi”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, koronavirusla mübarizədə olduğu kimi, vaksinasiya məsələsində də Azərbaycanın nümunəvi ölkə olacağına əminliyini ifadə edib: “Əminik ki, dövlətimiz ölkə rəhbərinin xüsusi diqqət və qayğısı ilə vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən biri olacaq. Vaksinasiyanın ən təhlükəsiz və ən effektiv olması xüsusi diqqətdə saxlanılan məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR