TƏBİB: Azərbaycana vaksinlərin alınması iki platforma ilə həyata keçiriləcək

TƏBİB: Azərbaycana vaksinlərin alınması iki platforma ilə həyata keçiriləcək
# 15 dekabr 2020 15:54 (UTC +04:00)

“COVİD-19 əleyhinə inaktiv yolla, RNT əsasında hazırlanan və canlı virus üzərində hazırlanan vaksinlər var”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, Azərbaycana vaksinlərin alınması 2 platforma ilə həyata keçiriləcək: “Artıq ölkəmiz GAVİ təşkilatının müzakirələrinə qatılıb. Eyni zamanda ikitərəfli danışıqlar da aparılır. İkitərəfli danışıqlar istiqamətində Türkiyə ilə çalışırıq. Çünki Türkiyədə aparılan 3-cü faza tədqiqatlar bizim üçün daha əlçatandır. Təhlükəsizlik və effektivliyə əmin olmağımız əsas məqamlardan biridir. Üçüncü fazanın nəticələri bir neçə ölkə tərəfindən açıqlanan sonra biz daha rahat qərar verə biləcəyik. Dünyanın bir sıra ölkələri vaksinləri təcili qeydiyyata alaraq öz ölkələrində vurmağa başlayıblar. Biz də qeydiyyat prosesini izləyirik. Türkiyədə müxtəlif laboratoriyalar vaksinlərin təhlükəsizliyi üçün tədqiqatlar aparır. Vaksinlərin bütün seriyası üzərində bu tədqiqatlar aparılmalıdır. Yəni hər partiya üçün bunlar sınaqdan keçirildikdən sonra istifadəsinə icazə verilməlidir. Analizlərin nəticələri bizim üçün çox vacibdir. Səhiyyə Nazirliyinin də Analitik Ekspertiza Mərkəzinin bunun üçün imkanları kifayət qədərdir. Müxtəlif qurumlar tərəfindən bu istiqamətdə işlər aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR