TƏBİB: Azərbaycanda koronaviruslu xəstələrin evdə müalicəsinə hələ ehtiyac yoxdur

TƏBİB: Azərbaycanda koronaviruslu xəstələrin evdə müalicəsinə hələ ehtiyac yoxdur
# 02 aprel 2020 12:56 (UTC +04:00)

“Bir çox Avropa ölkələrində klinik şəraiti yüngül olan, testi pozitiv çıxan şəxslər evdə mualicə olunur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, Azərbaycanda hələ buna ehtiyac yoxdur: “Bu günlərdə açılan Yeni klinikada da koronaviruslu ağır xəstələr müalicə olunacaq. Gələcəkdə ehtiyac yaranarsa, evdə müalicə ilə bağlı xarici ölkələrin təcrübəsi öyrənilə bilər ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR