TƏBİB: Azərbaycanda plazma müalicəsi tətbiq edilir

TƏBİB: Azərbaycanda plazma müalicəsi tətbiq edilir
  • Clock-gray 18:05
  • calendar-gray 10 İyul 2020

“Bu gün Azərbaycanda plazma müalicəsini tətbiq edirik və bunun istifadəsi ilə əlaqədar müsbət nəticələr var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, bununla bağlı hələ statistika yoxdur: “Yaxın vaxtlarda bu işlə birbaşa məşğul olan hemotoloqlar ictimaiyyətə məlumat verəcəklər”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər