TƏBİB: Bakı və digər bölgələrdəki hotellər karantin məqsədilə ayrılıb

TƏBİB: Bakı və digər bölgələrdəki hotellər karantin məqsədilə ayrılıb
# 08 aprel 2020 19:25 (UTC +04:00)

“Bakıda və gömrük-keçid məntəqələrinə yaxın olan bütün hotellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı xüsusilə də Nabrandakı istirahət mərkəzləri - bütün bunlar karantin üçün ayrılıb”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ölkənin qərb, şimal və cənubundakı bütün 3, 4 və 5 ulduzlu hotellərdən karantin məqsədi ilə istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR