TƏBİB: Bütün dünya yoluxmanın az olmasını nəzərə almayaraq, yeni yoluxmalara hazırlaşır

TƏBİB: Bütün dünya yoluxmanın az olmasını nəzərə almayaraq, yeni yoluxmalara hazırlaşır
  • Clock-gray 11:15
  • calendar-gray 08 Avqust 2020

“ÜST-ün açıqladığı son statistikaya əsasən dünyada gün ərzində 278 291 nəfər COVİD-19-a yoluxan olub”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, son həftələrdə Azərbaycanda yoluxanların sayı sağalanların sayından az olur: “Ölənlərin sayında da azalma müşahidə edilir. Bu, həkimlərin, tibb işçilərinin də fəaliyyətindən asılıdır. Daha çox qarşıdakı həftələrdə baş verəcək hadisələrə diqqət edək. Biz problemə gözümüzü yummaqla problem həll olunmayacaq. Bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların sayının az olmasını nəzərə almayaraq, yeni yoluxmalara hazırlaşır. Biz bu gün açılışlara gedirik. Bu o deməkdir ki, qapalı sahələrdə bütün qaydalara riayət etməliyik. Bunun məsuliyyəti sahibkarların və bizim üzərimizə düşür. Bakının bu gün bütün yerlərində parklar var. Çalışaq eyni məkanlarda toplanmayaq. Hər bir vətəndaşımız özünü qorusa, dolayı yolla yoluxmaların sayını azaldacaq. Hər birimiz karantin rejimindən yorulmuşuq. Amma təcrübə göstərir ki, yaxın insanlar bir yerə toplaşanda xəstəliyin yayılması baş verir. Ona görə də mərhələ-mərhələ açılışlara getməliyik. Amma çalışaq, qaydalara riayət edək. Bunu etməsək, istəməsək də, bu baş verəcək. Yoluxmanın artmasını həkimlər və tibb işçiləri də istəmir. Onlar bu sərt rejimdə işləməkdən yorulublar”.

Firuzə Vahid

Digər xəbərlər