TƏBİB "Coronovac" vaksininin effektivlik faizini və müddətini açıqlayıb

TƏBİB "Coronovac" vaksininin effektivlik faizini və müddətini açıqlayıb
# 15 fevral 2021 09:21 (UTC +04:00)

TƏBİB Azərbaycanda istifadə edilən koronavirus vaksininin effektivliyinin müddətini açıqlayıb.

TƏBİB-in “Facebook” səhifəsində verilən açıqlamaya görə, Türkiyədə aparılan tədqiqatların nəticələrinə əsasən, vaksinin effektivliyi 92 faizdir: “Vaksinin insanda yaratdığı immunitetin minimum müddəti 1 ildir. Maksimum müddət isə hələ təsdiqlənməyib”.

Qeyd edək ki, Türkiyə kimi Azərbaycanda da vətəndaşlara Çin istehsalı olan "Coronovac" peyvəndi vurulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR