TƏBİB: Dünya statistikasında koronavirusa yoluxanların 20%-ni həkimlər təşkil edir

TƏBİB: Dünya statistikasında koronavirusa yoluxanların 20%-ni həkimlər təşkil edir
# 19 noyabr 2020 14:42 (UTC +04:00)

“Azərbaycanda da həkimlər arasında koronavirusa yoluxmalar var”.

APA-nın məlumatına görə, bunu bu gün TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bütün dünyada risk qruplarından ilk yerdə həkimlərdir: “Çünki onlar bilavasitə xəstələrlə işləyirlər. Dünya statistikasında yoluxanların 20%-ni məhz həkimlər təşkil edir. Biz də həkimlərin koronavirusa yoluxmaması istiqamətində işlər aparırıq. Bütün tibb müəssisələrində yoluxmaları izləyirik. Yerində bununla bağlı lokal tədbirlər həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR