TƏBİB Gürcüstanda yoluxmanın sayının az olmasına münasibət bildirib

TƏBİB Gürcüstanda yoluxmanın sayının az olmasına münasibət bildirib
# 20 iyun 2020 12:20 (UTC +04:00)

Çarpayı sayı çox olsa da, hətta orta simptomlu xəstələrin müalicəsi belə ən azı iki həftə çəkir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, hər gün 400-500 aktiv xəstənin olması ehtimalı nəzərə alınaraq addım atılır: "Bu, öncədən düşünülüb və çarpayı sayı ilə bağlı problem yoxdur”.

Gürcüstanda yoluxmanın az olmasına gəlincə, TƏBİB-in şöbə müdiri qeyd edib ki, hər həftə müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparılır: “Elə qayda yoxdur ki, bir ölkədə qəbul edilsin, biz tətbiq etməyək. Burada əsas vətəndaş məsuliyyətidir. Eyni zamanda əhali sıxlığı məsələsini də nəzərə almaq lazımdır. Hər ölkənin öz təcrübəsi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR