TƏBİB: Hansı laboratoriya bu işin altına girə biləcəyini bəyan edibsə, bu işlər onlara həvalə olunub

TƏBİB: Hansı laboratoriya bu işin altına girə biləcəyini bəyan edibsə, bu işlər onlara həvalə olunub
# 25 iyun 2020 18:36 (UTC +04:00)

“Xüsusi qeyd etmək istəyirəm ki, bu proses başlayandan Azərbaycanda PSR laboratoriyaları artırılmasına yönəlik bəzi tədbirlər görüldü”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu proses ilk başlayanda regionlarla və Bakıda cəmi 6-7 laboratoriya bu testləri edə bilib: “Ona görə də edə biləcəyimiz testlərin sayı az idi. Sonra tədricən bu işə bir çox laboratoriya qoşuldu ki, bunların içində özəl laboratoriyalar da var. Biz ölkə olaraq onların imkanlarında istifadə etdik və onların hər birinə təşəkkür edirəm. Onlar 4 aydır, bizimlə birgə gecə-gündüz çalışırlar. Xüsusilə qeyd etmək istəyirəm ki, adı hallanan o laboratoriyalar məhz 4 aydır bizimlə çalışan laboratoriyalar arasında olanlardır, yəni bu iş üçün yeni ayrılmış laboratoriyalar deyil.

Biz təklif etmişdik ki, bu işi hansı laboratoriya özəl şəkildə həyata keçirə bilərsə, etsin. Hansı laboratoriya bu işin altına girə biləcəyini bəyan etdisə, bu işlər onlara həvalə olundu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR