TƏBİB: İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik

TƏBİB: İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik
# 22 may 2020 17:56 (UTC +04:00)

Operativ Qərargahın tibb bölməsi tərəfindən həftə sonları, bayram günləri 2-4 günlük küçəyə çıxma qadağalarının tətbiqi ilə bağlı qaydalar hazırlanıb. Bu bayramda həmin qaydaların tətbiqi barədə müzakirələr apardıq. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, mövcud epidemioloji statistik göstəricilər qısamüddətli bağlanma alqoritminə uyğun olmadığı üçün buna gedilməyib: “Amma epidemioloji vəziyyət dəyişərsə və statistik göstəricilər qısa müddətli qadağaların alqoritminə uyğun olarsa, bunların tətbiqi önümüzdəki həftə yenidən müzakirə oluna bilər. Bu qadağanın tətbiq olunmaması o demək deyil ki, gələcək həftə sonlarında, bayramlarda da tətbiq olunmayacaq. Bunu hər birimizin sosial məsuliyyəti və epidemiyanın gedişatı müəyyən edəcək. Əslində bir çox ölkələrdən fərqli olaraq ölkəmizdə bayramda küçəyə çıxma qadağasının tətbiq olunmaması bayramı daha maraqlı və sərbəst keçirməyimizə imkan verir. Qohumlara gedib onları riskə atmaqdansa, bayramı evdə ailəmizlə, ya da yaxın parka getməklə keçirə bilərik. İftar, bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR