TƏBİB: İki cəbhədə mübarizə aparırıq, bizə cəmiyyətin dəstəyi lazımdır

TƏBİB: İki cəbhədə mübarizə aparırıq, bizə cəmiyyətin dəstəyi lazımdır
# 19 noyabr 2020 14:23 (UTC +04:00)

“Biz Vətən Müharibəsi dövründə iki cəbhədə vuruşmuşuq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, həkimlər hər iki cəbhədə ciddi şəkildə mübarizə aparıblar: “Bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyon nəfəri keçib, 39 milyondan çox insan sağalıb, 1 milyondan çox insan həyatını itirib”.

TƏBİB-in departament müdiri qeyd edib ki, Azərbaycanda yoluxmanın gündəlik səviyyəsi 2 mini ötüb: “Səhiyyə sistemi yüklənir. Ötən dövrdə 10-dan çox modul tipli xəstəxana açılıb, həkimlərimizin ixtisası artırılıb, xaricdən həkim briqadaları gəlib. Ancaq bu tendensiyanın davam etməməsi lazımdır. Hər bir ölkə kimi bizim ölkəmiz bu yükün altında əziyyətə düşür. Biz hələ də müharibədə döyüşmüş əsgərlərimizə qulluq edir, iki cəbhədə mübarizə aparırıq. Ona görə də bizə cəmiyyətin dəstəyi lazımdır. Müharibədə gördük ki, xalqımız bir ola, bir yerə yumruq vura bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR