TƏBİB: Koronavirusa qarşı "CoronaVac" vaksini inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir

TƏBİB: Koronavirusa qarşı "CoronaVac" vaksini inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir
# 15 dekabr 2020 15:31 (UTC +04:00)

“Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi - "CoronaVac" inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, inaktiv üsulla hazırlanan vaksinlərlə biz uzun müddət peyvənd olunmuşuq: "Uzunmüddətli nəticələrlə bağlı məlumatlar da var. Təhlükəsizliyinə daha çox güvəndyimiz inaktiv üsulla hazırlanan vaksinlər bu gün çox geniş istifadə olunur. Qrip vaksinləri, quduzluq əleyhinə, hepatit əleyhinə vaksinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR