TƏBİB: Koronavirusa qarşı peyvəndin hazırlanması barədə məlumat yoxdur

TƏBİB: Koronavirusa qarşı peyvəndin hazırlanması barədə məlumat yoxdur
# 30 iyun 2020 19:17 (UTC +04:00)

“Bir peyvəndin hazırlanıb istifadəyə verilməsi, satışa çıxarılması çox uzun prosesdir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bugünkü pandemiyanı nəzərə alaraq bütün ölkələrdə peyvəndin tezliklə hazırlanması istiqamətində çox geniş işlər aparılır: “Bu işlər Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında aparılır. Bugünkü gündə hər hansı peyvəndin istər Rusiyada, istər İngiltərədə və ya Türkiyədə artıq istifadəyə başlanılması barədə danışıla bilməz, belə məlumat yoxdur. Sadəcə onlar bunu yoxlamağa başlayırlar insanlar, könüllülər üzərində. Bunun nəinki ziyanı və ya əks təsiri, hələ bizə verəcəyi xeyri və immuniteti də araşdırılmalıdır. Bu proses tam şəkildə bitəndən sonra ÜST-ün ekspertləri bunu dəyərləndirəndən sonra və insanlar, vətəndaşlarımız üçün nəinki xeyri, ziyanı da tam dəyərləndiriləndən sonra bunun alınması və istifadəsindən danışmaq olar. Mənə elə gəlir ki, bu gün hələ bunu demək tezdir. Ötən brifinqdə ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da bildirdi ki, belə peyvəndin təsdiq olunması bu ilin sonuna hələ gözlənilir. Ölkələrdə bununla bağlı geniş işlər aparılır. Bir neçə peyvənd artıq araşdırma üçün təqdim olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR