TƏBİB: Koronaviruslu xəstələrin deksametazondan geniş istifadə etməsi yanlışdır

TƏBİB: Koronaviruslu xəstələrin deksametazondan geniş istifadə etməsi yanlışdır
  • Clock-gray 15:16
  • calendar-gray 08 Dekabr 2020

“Koronavirusa yoluxanların 52 faizi Bakının payına düşür”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, intensiv terapiyada yatan xəstələrin sayı artır: “Bu gün narahatlıq doğuran məqamlardan biri xəstələrin xəstəxanalara ağırlaşmış vəziyyətdə daxil olmasıdır. Əhali arasında sosial şəbəkələr vasitəsi ilə çoxsaylı reseptlər dolaşır. Vətəndaş qan durulducular qəbul edirsə, dozaları həkimlərlə məsləhətləşməlidirlər. Deksametazonu gün ölkədə geniş istifadə olunur, hətta apteklərdə tövsiyə edirlər. Bu, səhvdir. Antiviral preparatlar və antibiotiklər də bu sıraya daxildir. Həkim məsləhəti olmadan bu dərmanlardan ev şəraitində istifadə edilməməlidir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər