TƏBİB: Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib

TƏBİB: Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib
# 08 aprel 2020 10:37 (UTC +04:00)

Qan Bankında ən son tövsiyələrə diqqət yetirilərək, qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir.

APA-nın xəbərinə görə, bu barədə TƏBİB məlumat yayıb.

Məlumatda deyilir ki, koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur.

Eyni zamanda qeyd edilib ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR