TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir

TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir
# 02 aprel 2020 12:14 (UTC +04:00)

"Hər kəs bilsin ki, maska məsələsi ən çox bizi narahat edir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib: "Səbirsizliklə ölkəmizdə qoruyucu vasitələrinin istehsalını gözləyirəm. ÜST tərəfindən hazırda mərkəzləşdirilmiş şəkildə qoruyucu vasitələrin verilməsi davam edir. Bu gün istəsək də, istədiyimiz qədər qoruyucu vasitə ala bilmirik. Biz hər gün video konfranslar vasitəsilə ÜST və digər beynəlxalq təşkilatlardan qoruyucu vasitələri istəyirik. Bu məsələ bizim prioritet məsələmizdir. Azərbaycana tibbi maska üçün xammal istehsalı imkanları araşdırılır. Azərbaycanda tibbi maska istehsalı üçün xammal əldə etmək imkanı olacaqsa, bu imkandan istifadə ediləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR