TƏBİB: Maskalardan istifadə edilməməklə bağlı ciddi cərimələr tətbiq olunacaq

TƏBİB: Maskalardan istifadə edilməməklə bağlı ciddi cərimələr tətbiq olunacaq
# 29 may 2020 18:35 (UTC +04:00)

“Vətəndaşlar özünü və ətrafdakıları qorumalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, maskalardan istifadə edilməməklə bağlı ciddi cərimələr tətbiq olunacaq: “Yəqin ki, bununla əlaqədar maskalara tələbat da artacaq. Bununla əlaqədar evlərdə maskaların hazırlanması ilə bağlı təlimat da var. Evdə maska hazırlanması ilə bağlı bəhanələr gətirilməməlidir”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, bundan sonra lokal karantin məhdudiyyətlərinin tətbiqi barədə qərar verilə bilər: “Bəzi rayonlarda sərt karantin rejimi də tətbiq oluna bilər. Biz hər hansı bölgəmizdə karantin tədbirlərinin yenidən sərtləşdirilməsini istəmirik. Amma məsuliyyətsizlik lokal karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul etməyə məcbur edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR