TƏBİB: Sistem vurduran bəzi koronavirus xəstələri xəstəliyin sonrakı günlərində ağırlaşmış halda xəstəxanalara müraciət edirlər

TƏBİB: Sistem vurduran bəzi koronavirus xəstələri xəstəliyin sonrakı günlərində ağırlaşmış halda xəstəxanalara müraciət edirlər
# 02 dekabr 2020 14:12 (UTC +04:00)

Koronavirus səbəbindın əsas ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

O bildirib ki, ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur: “Yoluxanlardan 81 faizi xəstəliyi yüngül keçirir. Lakin bəzi həssas qrup şəxslər xəstəxanalara axın edir. Bəziləri isə bizim təyin etmədiyimiz müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları da çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydalarına ciddi şəkildə riayət etməyə çağrırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR