TƏBİB: Xaricdən gələnlər arasında koronavirusa yoluxma 20 faizdən çoxdur

TƏBİB: Xaricdən gələnlər arasında koronavirusa yoluxma 20 faizdən çoxdur
# 22 may 2020 17:43 (UTC +04:00)

“Ağırlaşma və ölüm hallarının bir çoxu evdə özünü müalicə ilə əlaqəlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, ilkin mərhələdə koronavirusa yoluxmanı aşkarlamaq daha asandır: “Sonrakı mərhələdə isə aşkarlama daha çətindir. Biz yoluxmanın koronaviruslan, yaxud da pnevmoniyadan olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirik”.

TƏBİB sədri qeyd edib ki, hazırda 1139 nəfər karantindədir: “Xaricdən gələnlər arasında infeksiyaya yoluxma 20 faizdən çoxdur. Vətəndaşların hava və quru yolu ilə qəbulu planlı surətdə həyata keçirilir Bu həftə 662 nəfər vətəndaşımız Almaniya, Polşa və Belarusdan gəlib. Həftə ərzində 200-500 nəfəri qəbul etməyə imkanımız var. Bir təyyarə reysində gələnlər arasında yoluxma 30 faiz təşkil etmişdi. Həmin təyyarənin 7 ekipajı buna görə məcburən karantinə göndərilib. Ona görə də ölkəmizdə epidemioloji vəziyyəti qorumaq üçün nəzarət tədbirləri keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR