TƏBİB: Xəstəliyi nəzarətdə saxlamaq mümkün olduğu zaman yumşalmalarla bağlı addımlar atıla bilər

TƏBİB: Xəstəliyi nəzarətdə saxlamaq mümkün olduğu zaman yumşalmalarla bağlı addımlar atıla bilər
# 25 iyun 2020 17:44 (UTC +04:00)

“Qaydalar sərtləşdikcə insanların həyatı çətinləşir, psixoloji gərginlik yaranır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, hər yerdə insanların başı üzərində durmaq olmaz: “Nəzarəti həmişə hansısa dövlət orqanından gözləmək düzgün deyil. Xəstəliyi nəzarətdə saxlamaq mümkün olduğu zaman isə müəyyən yumşalmalarla bağlı addımlar atılması mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR