TƏBİB: Ya karantin rejimini uzatmalı, ya da qaydalara əməl etməklə normallaşmış həyat tərzinə davam etməliyik

TƏBİB: Ya karantin rejimini uzatmalı, ya da qaydalara əməl etməklə normallaşmış həyat tərzinə davam etməliyik
# 03 iyul 2020 17:27 (UTC +04:00)

“Mart ayında günlük 6-8 min icra etdiyimiz testlərin arasında pozitiv çıxanlar 0,7 faizə qədər enmişdi”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, ancaq hazırda bu göstərici 8-11 faizə çatır: “Biz ya sərt karantin rejiminin müddətini artırmalı, ya da qaydalara əməl etməklə normallaşmış həyat tərzinə davam etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR