TƏBİB-in şöbə müdiri: “Hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb”

TƏBİB-in şöbə müdiri: “Hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb”
# 30 iyun 2020 18:50 (UTC +04:00)

“Ölkəmizdə hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, yoluxanların sayının pik həddə çatmasını gözləmirlər: “Biz prosesin idarə edilməsinə, itkilərin minimum olmasına çalışırıq. Bu, çox ciddi xəstəlikdir. Amma biz əlimizdən gələn qədər çalışacağıq ki, xəstəlik pik həddə çatmasın. Tədbirlər elə görüləcək ki, yoluxma nəzarətdə saxlansın və xəstələr müalicə olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR