TƏBİB sədri: "Ənənəvi vaksinasiya üçün soyuq zəncirləməyə ölkəmiz tam hazırdır"

TƏBİB sədri: "Ənənəvi vaksinasiya üçün soyuq zəncirləməyə ölkəmiz tam hazırdır"
# 15 dekabr 2020 15:58 (UTC +04:00)

“Ənənəvi vaksinasiya üçün soyuq zəncirləməyə ölkəmiz tam hazırdır”.

APA-nın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, GAVİ təşkilatı hansı vaksini tövsiyə edəcəksə, biz soyuq səncir sistemimizi ona uyğunlaşdırmalıyıq: ”Kimlərin vaksinlənəcəyi də burada xüsusi əhəmiyyət kəsb edir. Qısa müddətdə vaksinasiya üçün bütün qurumlarımız səfərbər olmalıdır. Bu da müxtəlif təlimlərdən keçir. Koronavirusla mübarizə çərçivəsində ÜST bizi ən yaxşı ölkələr siyahısına daxil etmişdi. Vaksinasiyada da belə olacaq. 44 günlük vətən müharibəsindən zəfərlə çıxdığımız kimi, koronavirusla mübarizədən də bu cür qələbəylə çıxacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR