TƏBİB xaricdən bir sıra məşhur həkimlər dəvət edib

TƏBİB xaricdən bir sıra məşhur həkimlər dəvət edib
# 03 iyul 2020 17:33 (UTC +04:00)

“REACT-C19 layihəsi bitsə də, Türkiyədə çalışan həmin həmvətənlərimiz Azərbaycanda qalaraq, fəaliyyətlərini davam etdirirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, rəylərin alınması üçün xarici ölkələrdən bir sıra məşhur həkimlər dəvət olunub: “Onlar bizim tətbiq etdiyimiz protokolların düzgün olduğunu bildirib, yeni tövsiyələr veriblər. Payız aylarında yoluxmanın artacağı ilə bağlı proqnozlar da var. Əgər payız aylarında koronavirusla bağlı müsbət nəticəyə nail olmasaq, xəstəxanaların üzərinə düşən yük arta və ağır nəticələr ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR