TN: Bağçalarda tədrislə bağlı yerli icra hakimiyyətləri qərar qəbul edəcəklər

TN: Bağçalarda tədrislə bağlı yerli icra hakimiyyətləri qərar qəbul edəcəklər
# 01 aprel 2021 17:00 (UTC +04:00)

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu universitet və bağçalarda tədrisin əyani formada davam edib-etməyəcəyi məsələsini şərh edib.

APA-nın məlumatına görə, şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyi Kollegiyasının bugünkü qərarı yalnız ümumtəhsil müəssisələrini əhatə edir: "Bildiyiniz kimi, ali təhsil müəssisələrində tədris distant formada davam edirdi, əyani dərslərə başlanılmamışdı. O ki, qaldı məktəbəqədər təhsil müəssisələrinə, bu müəssisələr yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyətləri vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR