TN: Məktəblərin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchizi diqqətdə saxlanılır

TN: Məktəblərin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchizi diqqətdə saxlanılır
# 27 yanvar 2021 12:31 (UTC +04:00)

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi bu günlərdə gücləndirilmiş iş rejimində işləyir.

APA-nın məlumatına görə, bunu media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

Onun sözlərinə görə, İdarə bütün məktəblərin lazımi dezinfeksiyaedici və gigiyenik vasitələrlə, maye sabunla təchizi işini sahmana salır və sanitar qovşaqların axar su ilə təminatı məsələsini diqqətdə saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR