TN: Obyektiv imtahanın təşkili müəyyən müddət alacaq

TN: Obyektiv imtahanın təşkili müəyyən müddət alacaq
# 21 dekabr 2020 16:28 (UTC +04:00)

“İstənilən onlayn sistemdə obyektivliyin təmin edilməsi şagirddən və valideyndən çox asılıdır. Sistem elə təkmilləşməlidir ki, orada əlavə təsirlər olmasın, amma düşünürəm ki, obyektiv imtahanın təşkili müəyyən müddət alacaq”.

APA-nın məlumatına görə, bunu “Virtual məktəb”də milli qiymətləndirmənin nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə bildirib. O, valideynlərdən xahiş edib ki, şagirdlərin dürüst insan kimi formalaşması üçün belə məsələlərin rolu böyükdür, ona görə onlar müdaxilə etməməlidir: “Övladları görəndə ona heç kim kömək etmir, bu, şagirdə də müsbət təsir edəcək və növbəti imtahanlarda bu işi görməkdən əl çəkəcək. Qiymətləndirmənin hansı səviyyədə olmasının fərqi yoxdur, valideynin kömək etməsi şagirdlərin şəxsiyyət kimi formalaşmasına da, real nəticələri bilməyəndə də mənfi təsir göstərər”.

A.Mirzəzadə onu da deyib ki, 2020-2021-ci tədris ilində mövcud reallıq nəzərə alnıranaq məktəbdaxili qiymətləndirmə üçün Təhsil Nazirliyinin Kollegiya qərarının layihəsi hazırlanıb. Onun sözlərinə görə, hazırda layihə sənəd üzərində təklif və rəylər toplanılır: “Yekun sənəd formalaşanda və təsdiqlənəndə imtahanın onlayn təşkil edilib-edilməməsi və vaxtı barədə ictimaiyyətə məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR