TN: Teledərslərin keyfiyyətində kifayət qədər irəliləyiş var

TN: Teledərslərin keyfiyyətində kifayət qədər irəliləyiş var
# 21 yanvar 2021 16:20 (UTC +04:00)

“Ötən il martın 11-dən başlayaraq iyunun sonuna qədər teledərslər keçirildi. Hətta yayda abituriyentlər üçün də teledərslər təşkil olundu”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin (TN) şöbə müdiri Vəfa Yaqubova xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, teledərslərin keyfiyyətində kifayət qədər irəliləyiş var.

“Bütün bu işlər internetə çıxışı olmayan şagirdlərin mənafeyi naminə edilib. Məlumatlandırma kampaniyası aparmışıq. Məktəblərə də, valideynlərə də məlumat vermişik ki, bu imkandan yararlansınlar. Demirəm ki, şagirdlər bununla çox dərin bilik qazana bilərlər, amma zəruri bilikləri öyrənmək mümkündür. Dərsliklər də hər şagird üçün əlçatandır, dərsliklərdə oxuyub başa düşmədiklərini müəllimlərdən soruşub öyrənmək imkanları da var idi. XXI əsr insanı üçün müstəqil öyrənmə bacarığı mütləqdir. Virtual dərslərə qoşulmayan şagirdlər də bütün bunlardan yararlanaraq minimal biliklərini nümayiş etdirə bilərlər”, - şöbə müdiri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR