TN: Yanvarın 8-dən şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

TN: Yanvarın 8-dən şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
  • Clock-gray 18:11
  • calendar-gray 30 Dekabr 2020

8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək.

Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

apa-logo-mini

Digər xəbərlər