TN-nin şöbə müdiri "Virtual məktəb"də qeydiyyatdan keçib dərsdə iştirak etməmə məsələsinə münasibət bildirib

TN-nin şöbə müdiri "Virtual məktəb"də qeydiyyatdan keçib dərsdə iştirak etməmə məsələsinə münasibət bildirib
  • Clock-gray 14:08
  • calendar-gray 22 Yanvar 2021

Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova siniflərdə bütün şagirdlərin "Virtual məktəb"də qeydiyyatdan keçsə də, çoxunun gündəlik dərslərə qoşulmaması məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, şöbə müdiri jurnalistlərə açıqlamasında deyib ki, bütün bu məsələlər məktəb səviyyəsində həll olunur:

"Məktəb direktoru, direktor müavini, sinif rəhbəri bu uşaqlarla iş aparmalı, məsələni aydınlaşdırmalıdılar ki, həmin şagirdlər nə üçün dərsə qoşulmurlar. Şagirdlərə biliyinə görə qiymət verilir, davranışına görə yox. Davranış dəyər məsələsidir, məktəbin apardığı siyasətdən, formalaşdırma qabiliyyətindən asılıdır. Sinifdən-sinfə keçmək üçün yeganə meyar isə şagirdin qiymətidir".

Günay Elşadqızı

Digər xəbərlər