TÜRK PA Səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin COVİD-19-a həsr edilmiş iclası keçirilib

TÜRK PA Səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin COVİD-19-a həsr edilmiş iclası keçirilib
  • Clock-gray 17:32
  • calendar-gray 17 Sentyabr 2020

Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasına (TURKPA) üzv olan parlamentlərin Səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin videokonfrans formatında onlayn görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictiçaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, toplantı “COVİD-19 pandemiyası: təsirləri və gələcəyə baxış” mövzusuna həsr edilib.

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin Səhiyyə məsələləri üzrə komitələrinin sədrləri,  millət vəkilləri və TÜRK PA Katibliyinin nümayəndələri qatılıblar. İclasa moderatorluğu Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri Recep Akdağ edib.

Görüşün açılış hissəsində parlament komitələrinin sədrləri, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov və Qırğızıstan Səhiyyə nazirinin müavini  Nurbolot Usenbayev çıxış ediblər. Sonra komitə üzvləri  mövzu ilə bağlı  fikirlərini bildiriblər.

İclasda Milli Məclisin Səhiyyə komitəsinin, TÜRK PA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər və əldə edilən nailiyyətlərdən söhbət  açıb. 

Onlayn görüşdə iştirakçılar qlobal COVID-19 pandemiyasının ölkələrin iqtisadiyyatına, xüsusən də səhiyyə sektoruna təsirlərindən  danışıb, ölkələrində həyata keçirilmiş mübarizə tədbirləri barədə məlumat veriblər.

Sonra tədbirdə virusla mübarizə istiqamətində gələcək əməkdaşlığın perspektivləri, uğurlu metod və mexanizmlərə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Firuzə Vahid

Digər xəbərlər