Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər"

Tahir Budaqov: "Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər"
  • Clock-gray 11:46
  • calendar-gray 22 Yanvar 2020

"Siyahıyaalma bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirilir. Əhalinin müəyyən faizinin siyahıyaalmadan kənarda qalması ola bilər. Amma son vaxtlar tətbiq olunan texnologiyalar əsasında ənənəvi üsulları ilə yanaşı, inzibati məlumat mənbələrindən istifadə yolu ilə də siyahıyaalma həyata keçirilir".

APA-nın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə bu siyahıyaalma zamanı təsərrüfat başına uçot kitablarından da istifadə həyata keçirilib: "İlin sonuna qədər siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətləri əsasında siyahıyaalınmasını təmin etdik. 251 nəfər operator müvəqqəti müddətli müqavilə əsasında işə cəlb olunub. Hazırda da həmin operatorlar tərəfindən siyahıyaalma materiallarının məlumat bazasına daxil edilməsi prosesi həyata keçirilir. Bu ilin sonunadək bu proses başa çatdırılacaq". Komitə sədri qeyd edib ki, ondan sonra isə proqram əsasında müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınmasına başlanılacaq və bu proses də bir il davam edəcək: "Yekun olaraq siyahıyaalmanın nəticələrini əks etdirən təxminən 30 cilddən ibarət məcmuə nəşri ilə bu prosesə son veriləcək".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date