Tarix İnstitutunda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Tarix İnstitutunda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
# 09 dekabr 2019 11:52 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır.

Tədbirdə Ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra Tarix İnstitutunun Heydər Əliyevə həsr olunan nəşrlərinin - ikicildlik "Heydər Əliyev" fundamental araşdırması, "Heydər Əliyev ideyalarının zəfər yürüşü", "Heydər Əliyev. Azərbaycan elminin keşiyində" adlı ikicildlik sənədlər toplusu" və başqa kitabların təqdimatı keçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR