Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat edib

Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat edib
  • Clock-gray 12:05
  • calendar-gray 03 Mart 2021

Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat edib.

Bu barədə APA-ya AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun ictimaiyyətlə əlaqalər şöbəsindən bildirilib.

İnstitutun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bu gün səhər saatlarında dünyasını dəyişib. 

Qeyd edək ki, D.Əzimli yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirib. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.

Əsmər Qabil

Digər xəbərlər