Təbiətə 37 min manatdan çox ziyan vuran şəxs barədə sənədlər Baş Prokurorluğa göndərilib

Təbiətə 37 min manatdan çox ziyan vuran şəxs barədə sənədlər Baş Prokurorluğa göndərilib
  • Clock-gray 12:27
  • calendar-gray 24 İyun 2020

Bakı şəhəri, Nizami rayonu “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı ETSN-yə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb. 

Nazirlikdən APA-ya bildirilib ki, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

 

 

Əsmər Qabil

Digər xəbərlər